Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda şagirdlərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub

02.05.2024

Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar şəhər 7 saylı tam orta məktəb şagirdlərinin mərkəzə ekskursiyası təşkil edilib.

Ekskursiya zamanı şagirdlərə ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyətindən bəhs edilib.

Daha sonra şagirdlərə “Heydər Əliyevin dövlətçilik tariximizdəki rolu!”mövzusunda tarix dərsi keçirilib.

Yekunda Heydər Əliyevin ömür yoluna həsr olunmuş sənədli filmi nümayiş olunub.