Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda seminar müşavirə keçirildi

04.02.2019

04 fevral 2019 – cu il tarixdə Yardımlı rayon Mədəniyyət işçilərinin seminar müşavirəsi keçirildi. Masallı regionalı Mədəniyyət idarəsinin Yardımlı rayon nümayəndəsi Ayaz Əliyev seminarda Azərbaycan Respubliası Prezidentinin fərman və sərəncamlarının icrası barədə məlumat verdi. Məsələ ilə əlaqədar klub və kitabxana işçiləri də çıxış etdilər.

Seminarın gündəliyinə əsasən 2019 – cu ilin Nəsimi ili elan olunması barədə MKS – in şöbə müdiri M.Şəbiyev çıxış etdi.

Tədbirlərin keçirilməsi və metodiki tövsiyyələrin hazırlanıb kənd mədəniyyət müəssisələrinə çatdırılması ilə əlaqədar N.Abiyev və Ə.İsrafilov məlumat verdi.

Xocalı faciəsinin 27 – ci ili ilə əlaqədar MKS – in direktoru R.Səfərov və RMM – nin bədii rəhbəri V.Bağışov çıxış etdilər.

Sonda bir sıra müəssisə işçilərinin fikir və rəyləri dinlənildi.