Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

5 May-Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdür

04.05.2024

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin əməkdaşları "5 May-Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü "ilə əlaqədar fəal oxucu Əzimov Humayyə Əzim qızını ziyarət ediblər.

Kitabxananın Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova oxucu ilə "Fiziki qusurlarımız gözəl yaşamağımıza əngəl deyil" mövzusunda söhbətlər aparıb, fonda yeni daxil olan kitablar haqqında məlumatlar verib.

Qeyd edək ki,Əzimova Humayyə Əzim qızı fəal oxucu olmaqla yanaşı,istedadlı rəssamdır.

Yekunda H. Əzimovanın rəsmlərinə baxış keçirilib.