Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Odlu illərin səlnaməsi

06.05.2024

 Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində "9 May-Faşizm Üzərində Qələbə Günü" nə həsr olunmuş "Odlu illərin səlnaməsi"mövzusunda tədbir keçirilib.

Tədbirdə Astara şəhər M.Ə.Sabir adına 1 saylı orta məktəbin müəllimi Gülayyə Abbaszadə,kitabxanaçısı Günel Əliyeva və V sinif şagirdləri iştirak ediblər.

Tədbiri Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova ümummilli lider Heydər Əliyevin sözləri ilə açaraq bildirib ki, 2-ci dünya müharibəsində Azərbaycan Respubilkasının fəaliyyəti, rolu çox böyük olmuşdur. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızlarının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, həmçinin arxa cəbhədə çalışanların əmək rəşadəti dillər əzbəridir və gələcək nəsillər üçün daim örnək olaraq qalacaqdır.

Sonra müəllimlər mövzu ətrafında çıxış ediblər.

Yekunda şagirdlərin təqdimatları və şeirləri dinlənilib.