06.05.2024
Lerik rayon İcra Hakimiyyəti, Polis şöbəsi, Mədəniyyət Mərkəzi, Gənclər və İdman sektorunun birgə təşkilatrçılığı ilə Milli Qəhrəman Valeh Müslümov adına 2 nömrəli tam orta məktəbində "Narkomaniya, erkən nikah və kibercinayətkarlıqla mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Lerik Rayon Polis Şöbəsinin rəisi müavini, polis polkovnik-leytenantı Anar Şıxəliyev, Lerik rayon Mədəniyyət Mərkəzinin direktoru Şəfahət Əliyev, rayon İcra Hakimiyyətinin və Gənclər və İdman sektorunun əməkdaşları, məktəbin yuxarı sinif şagirdləri, pedaqoji heyəti və valideynlər iştirak ediblər.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və daha sonra mövzu haqqında ətraflı çıxışlar edilərək, narkomaniya, erkən nikah və kibercinayətkarlığın fəsadları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Çıxışlarda vurğulanıb ki, ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə mühüm yer tutur. Sözügedən problemin həllinə xidmət edən addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə görülməsidir