06.05.2024
Lerik Rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş "Heydər Əliyev irsi" mövzusunda tarix dərsi keçirilib.
İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin elmi işçisi Bahar Mürsəliyeva tərəfindən tədris olunan dərsdə gənclərə Ümummilli lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında gördüyü misilsiz xidmətlərdən bəhs olunub. Dərs zamanı gənclərə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə cənub bölgəsinə göstərdiyi əvəzsiz xidmətlər – tikinti, abadlıq və quruculuq işləri, eləcə də Lənkəran, Astara, Masallı və Lerik rayonlarında keçirdiyi görüşlər, zəhmət adamları ilə maraqlı söhbətləri, həmçinin həmin rayonların ziyalılarının dahi şəxsiyyətlə söhbətləri barədə xatirələrinin yer aldığı “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabı barədə ətraflı məlumat verilib.
Sonda gənclər Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və eksponatlarla tanış olublar.