Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ümummilli lider Heydər Əliyev uşaqların gözü ilə

03.05.2024

Masallı Tarix- Diyarşünaslıq Muzeyində ”Ümummilli lider Heydər Əliyev uşaqların gözü ilə” mövzusunda tədbir keçirilib.

Ulu Öndərin 101 illiyi ərəfəsində keçirilən maarifləndirici tədbirdə Qəzvinoba kənd ümumi orta məktəbinin şagirdləri iştirak edib.

Muzeyin elmi işçisi Dilgüşə Məmmədova Azərbaycanda uşaqların sağlam böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmasından bəhs edib. Vurğulanıb ki, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb, müvafiq qanunvericilik aktları qəbul edilib.

Sonra uşaqlarla mövzu ətrafında fikir mübadiləsi aparılıb, onların Heydər Əliyev haqqında düşüncələri dinlənilib.

Yekunda şagirdlərin muzeyə ekskursiyası təşkil olunub.