Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Heydər Əliyev Mərkəzində Gənclər günü qeyd edildi

01.02.2019

01.02.2019-cu il tarixində saat 11:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində 2 fevral Gənclər günü münasibəti ilə  “Müasir gənclik” mövzusunda Masallı Regional Mədəniyyət  İdarəsinin tabeliyində çalışan gənc Mədəniyyət işçilərinin iştirakı ilə tədbir keçirilmişdir.

Tədbiri Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru D.İbayeva giriş sözü ilə açıq elan etdi.Sonra Mərkəzin əməkdaşları Aygün Cahangirova və Aybəniz Novruzova mövzu ilə bağlı çıxış etdilər.Sonda “Heydər Əliyev və Azərbaycan gəncliyi”adlı sənədli film nümayiş olundu.