Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Unudulmaz yazar Azad Talışoğlu

29.04.2024

 Masallı rayon Mərkəzi Kitabxanasının Öncəqala kənd kitabxana filialının təşkilatçılığı ilə Ətrafil Məmmədov adına Öncəqala kənd tam orta məktəbdə unudulmaz yazar Azad Talışoğlunun yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən kitabxana filialının müdiri Fidan Məmmədova görkəmli qələm sahibi Azad Talışoğlunun həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verib. O, bildirib ki, Azad Talışoğlunun əsərləri daima oxucular tərəfindən çox böyük maraqla qarşılanıb və sevilərək oxunub.