01.05.2024
Lerik rayon İcra Hakimiyyəti, Polis şöbəsi, Mədəniyyət Mərkəzi, Gənclər və İdman sektorunun birgə təşkilatrçılığı ilə Lerik şəhəri M. Bağışov adına 3 nömrəli tam orta məktəbində narkomaniya, erkən nikah və kibercinayətkarlıqla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti əməkdaşı Rafiq Əzizov, Lerik Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramil Mustafayev, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Müqəddəs Dənziyev, Gənclər və İdman sektorunun müdiri Natiq İsaqov, məktəbin yuxarı sinif şagirdləri, pedaqoji heyəti və valideynlər iştirak ediblər.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mövzu ilə bağlı film nümayiş olunub.
Daha sonra mövzu haqqında ətraflı çıxışlar edilərək, narkomaniya və erkən nikahın fəsadları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Çıxışlarda vurğulanıb ki, ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə mühüm yer tutur. Sözügedən problemin həllinə xidmət edən addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə görülməsidir.