Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Naxçıvandan başlanan yol

01.05.2024

 Astara Tarix-Diyarşünaslıq Muzeyində Ulu Öndər Heydər Əliyevin 101 illiyi və Naxçıvan Muxtar Respublikasının 100-cü ildönümü ilə əlaqədar “Naxçıvandan başlanan yol” mövzusunda tədbir keçirilib.

Tədbirdə Şahin Əliyev adına Rüdəkənar kənd ümumi orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə ümumilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə muzeyin direktor vəzifəsini icra edən Şahin Əliyev açaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Naxçıvandan başlanan dövlət müstəqilliyinin bütün Azərbaycan üçün aparıcı ideologiyaya çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına səbəb oldu. Heydər Əliyevin ağır blokada şəraitinə baxmayaraq, Muxtar Respublikanın müdafiəsini yüksək səviyyədə təşkil etməyə, onu təcavüzkarlardan qorumağa nail oldu. Ümumilli Lider o ağır və məşəqətli günlərdə demişdir: “Döğma vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq Respublikanın bu ağır və çətin dövrlərində xalqın dərdinə şərik olmaqla vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğurunda mübarizəyə qoşulmağa gəlmişəm… Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini Respublikanın bütün ərazisində bərqərar etməkdən ibarətdir”.

Sonra mövzu ilə bağlı muzeyin kiçik elmi-işçisi Rəna Əskərova məruzə edib.