02.05.2024
Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yardımlı bölməsinin birgə təşkilatçılığı ilə mərkəzdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunan "Əbədiyaşar milli sərvətimiz!" adlı tədbir keçirilib.
Tədbirdə adı çəkilən qurumların nümayəndələri və Yardımlı rayon Nisəqala kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə çıxış edənlər milli sərvətimizə çevrilən, bu gün də gənclərimizin yolunu işıqlandıran, Azərbaycanın müstəqilliyi, yenilməzliyi, qüdrəti naminə qorunub saxlanılan Ümummilli Lider ideyalarından bəhs ediblər. Çıxışçılar o cümlədən dahi insanın xüsusilə gənclərimizə və ordumuza göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə yürütdüyü dövlət siyasətindən, günümüzdə Azərbaycan gəncinin uğurlarından və Azərbaycan Ordusunun qüdrətindən söz açıblar.
Yekun olaraq tədbir iştirakçılarına mərkəzdə mövcud olan sərgilər və eksponatlar barədə məlumat verilib.