Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Dahi şəxsiyyət” filmi nümayiş olunub

02.05.2024

Yardımlı rayon Heydər Əliyev Mərkəzində Yolacaq kənd orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edənlər - mərkəzin baş fond mühafizi Zeynəb Məmişzadə və adı qeyd olunan təhsil ocağının müəllimi Mürsəl Cəfərov Ulu Öndərin bütöv Azərbaycan naminə həyata keçirdiyi əvəzsiz işlər, o cümlədən şagirdlərimizin düzgün təhsil almaları naminə yürüdülən dövlət siyasəti haqqında geniş məlumat veriblər.

Yekun olaraq Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "dahi şəxsiyyət" sənədli filminə baxış keçirilib.