Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məhəmməd Hadi-145

02.05.2024

Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli Azərbaycan şairi Məhəmməd Hadinin anadan olmasının 145 illiyi ilə əlaqədar “Məhəmməd Hadi-145” adlı tədbir keçirilib.

Tədbir başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, Məhəmməd Hadi 1879-cu ildə Şamaxıda anadan olmuş, dini təhsil alaraq ərəb, fars dillərini, şərq ədəbiyyatını, tarix və fəlsəfəni dərindən öyrənmişdir. M.Hadi M.Ə.Sabirlə, S.M.Qənizadə ilə dostluq əlaqələri qurmuşdur. O, 1902-ci ildə Şamaxıda baş vermiş zəlzələdən sonra Kürdəmirə köçmüş, orada məktəb açaraq müəllimlik etmiş və yaradıcılığla məşğul olmuşdur.

Sonra kitabxananın digər əməkdaşı Aidə Quliyeva şairin yaradıcılığı haqqında danışaraq, onun”Lövhi məktəb” adlı şeirinin 1905-ci ildə “Həyat” qəzetində çap olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bir çox dəyərli əsərlərin müəllifi olan Məhəmməd Hadi ədəbiyyatda ilk addımlarından özünü maarifpərvər, mütəfəkkir bir şair, jurnalist kimi tanıdıb. O, əsərlərində qabaqcıl fikirlərini vətənlə bağlayır, ən dəyərli sözlərini vətəni tərənnüm edərək işlədib. Məhəmməd Hadinin əsərləri onun sağlığında dövri mətbuatda, eyni zamanda şairin böyük çətinliklə 1908-ci ildə “Firdovsi-ilhamat”, 1914-cü ildə “Eşqi-möhtəşəm”, “Şüküfeyi-hikmət” və digər illərdə çap olunmuş kitablarında toplanıb.