Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev ürəklərdə yaşayacaqdır

02.05.2024

Astara rayon Heydər Əliyev Mərkəzində Astara rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri içtimai birliyinin Astara rayonu üzrə filialının, S.Vurğun adına Təngərüd, Siyaku, Y.Ağayev adına Artupa kənd tam orta məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə “Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev ürəklərdə yaşayacaqdır” mövzusunda tarix dərsi keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tarix dərsində mərkəzin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ümummili Liderimiz Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bilavasitə bağlıdır. Ulu Öndərin 35 illik rəhbərliyi dövründə respublikamız əsrlərə bərabər inkşaf yolu keşmişdir.

Respublikaya rəhbərlik etdiyi dövrdə Ulu Öndər Heydər Əliyev var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr etmiş, nəhəng quruculuiq işlərinin təşəbbüskarı olmuşdur.

Sonra “Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti” mövzusunda film nümayiş olunub.

Daha sonra mərkəzin əməkdaşı Elza Kazımova mövzu ilə bağlı məruzə edib.

Yekunda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin elektron kitabxanasında saxlanılan kitablardan təşkil olunmuş sərgiyə baxmış keçiriblər.