Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əbədiləşən ömürlər

02.05.2024

 Masallı Tarix -Diyarşünaslıq Muzeyində” Qəhrəmanlarımızı tanıyaq” layihəsi çərçivəsində “Əbədiləşən ömürlər” adlı tarix dərsi keçirilib.

44 günlük Vətən müharibəsi şəhidi Famil Habil oğlu Əlizadənin 25 illik yubileyinə həsr olunmuş anım tədbirində Nəriman Nərimanov adına şəhər 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə vətənin azadlığı və bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin direktoru Əntiqə Tağıyeva 1990-cı illərdən bu günə qədər erməni vandallarının Qarabağ ərazisində törətdikləri böyük cinayətlər və bunun ölkəmizə, xalqımıza vurduğu mənəvi ,maddi ziyanlarından danışıb. O, 30 illik mübarizəyə söykənən Qələbənin Zəfərindən də şagirdlərə ətraflı məlumat verib.

Sonra muzeyin əməkdaşı Sevinc Əliyeva 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanımız Əlizadə Famil Habil oğlunun həyat və döyüş yolu haqqında geniş məruzə edib.

Sonra şagirdlərə rayon şəhidləri ilə bağlı suallar verilərək onlarla mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdən sonra muzey əməkdaşları şəhid Famil Habil oğlu Əlizadənin məzarını ziyarət edərək ruhuna dualar oxuyublar.