Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada “Şəhidlər ölməz, Vətən bölünməz!” mövzusunda tədbir keçirilib

25.04.2024

 Astara rayon Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsi şəhidləri Fərəməzov Nurlan Əhliman oğlunun, Nəhmətov Telman Təyyar oğlunun və 13 sentyabr 2023-ci il ildə Azərbaycan Ordusunun həyata keçirdiyi “antiterror əməliyyatları zamanı zamanı şəhid olan Qurbanzadə Cəmil Anar oğlunun doğum günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, F.Əliyarov adına şəhər 6 saylı, Deqədi kənd tam orta məktəblərinin müəllim və şagirdlərinin iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə mərkəzin direktoru Kübra Səmədova çıxış edərək bildirib ki,bayrağımız qəhrəman oğulların şücaəti sayəsində azad olunmuş ərazilərdə qürurla dalğalanır. Bu qəhramanların sayəsində biz də bayrağımıza qururla baxırıq.

Sonra “Narahat olma qayıdacağam dedi amma qayıtmadı” mövzusunda film nümayiş olunub.

Tədbirdə şəhid Fərəməzov Nurlannın atası Əhliman Fərəməzov, bacısı Aysel Əkbərova, bibisi Aygün Fərəməzova, Nəhmətov Telmanın atası Təyyar Nəhmətov, Qasımov Babanın anası Gülşən Qasımova, Qurbanzadə Cəmilin bacısı Qönçə Qurbanzadə çıxış edərək şəhidlərimizin xatirələrindən söhbət açıblar.

Yekunda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin Elektron kitabxanasında saxlanılan kitablardan ibarət sərgiyə baxmış keçiriblər.