Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nümunəvi Azərbaycan qadını Zərifə Əliyeva

26.04.2024

Masalllı rayon Mərkəzi Kitabxanasında görkəmli oftolmoloq alim, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.

Tədbir başlamazdan öncə unudulmaz alim Zərifə Əliyeva və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki, dünya tibb elminə əvəzsiz töhvələr vermiş Zərifə Əliyeva onu tanıyanların xatirəsində böyük ziyalı və alim olmaqla yanaşı mərhəmətli, xeyirxah və işıqlı şəxsiyyət kimi qalmışdır.Onun qəlbində doğma ölkəsinə, xalqına dərin məhəbbət hissi məskən salmışdı.Onun əziz xatirəsini azərbaycanlılar indi də dərin hörmətlə yad edirlər.

Sonra məruzə ilə çxış edən kitabxananın əməkdaşı Gülər Kərimova vurğulayıb ki, Zərifə Əliyeva müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin əbədi ömür-gün yoldaşı, sadiq dostu və etibarlı sirdaşı olmuşdur.Görkəmli dövlət və ictimai xadimi Əziz Əliyevin ailəsində doğulub tərbiyə almasının onun kamil şəxsiyyət kimi yetişməsində mühüm rolu olmuşdur. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə Əliyevanın apardığı tədqiqatlar bu tibb sahəsinin inkişafına böyük təkan vermişdir.Alim dünyada ilk dəfə olaraq peşə patologiyasını araşdıran elmi-tədqiqat laborotoriyası yaradıb və praktiki olaraq elm aləmində yeni istiqamətin-peşə oftolmologiyasının əsasını qoymuşdur.Qeyd olunub ki, nümunəvi ana olan Zərifə Əliyeva övladlarına yüksək mənəvi əxlaq, liderlik və vətənpərvərlik keyfiyyətləri aşılamışdır. Zərifə Əliyevanın əziz xatirəsi onun müasiri olmuş insanların, o cümlədən qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.