Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda aqroturizm təsərrüfatının açılışı olub

26.04.2024

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində Lənkəran rayon Tatoba kəndində növbəti aqroturizm təsərrüfatının açılışı olub.

Açılışda Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin “Babalar” və “Nənələr” xor kollektivi öz ifaları ilə çıxış edib. Həmçinin Lənkəran şəhər Mədəniyyət Mərkəzinin Etnoqrafiya fondundakı eksponatlar və Cənub bölgəsinin qədim sənətkarlıq nümünəsi olan həsirdən hazırlanmış müxtəlif əl işləri də nümayiş olunub.

Qeyd edək ki, Aqroturizm təsərrüfatının açılışı aqroturizmin inkişafı, yeni məşğulluq imkanlarının yaradılması, ailə bizneslərinin dəstəklənməsi, habelə qadın fermerlərin sayının artırılması və onların inkişafı məqsədilə keçirilir.