Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada ”Musiqi bir dünyadır” adlı tədbir keçirilib

26.04.2024

O.Kazımi adına Astara Şəhər Uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbində "Musiqi Bir dünyadır" adlı tədbir keçirilib.

Tədbirdə musiqi məktəbinin şagird və müəllim heyətinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq mahnıları səsləndirilib.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd musiqi məktəblərinə sənəd qəbulu ilə əlaqədar təbliğat aparmaqdır. Təbliğat xarakterli belə tədbirlərin silsilə şəklində keçirilməsi nəzərdə tutulmuşdur.