Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada “Astara ziyalılarını tanıyaq” layihəsi çərçivəsində tədbir keçirilib

26.04.2024

Astara rayon Mərkəzi Kitabxanasının Oxuculara Xidmət şöbəsinin əməkdaşları “Astara ziyalılarını tanıyaq ” layihəsi çərçivəsində Astara rayon sakini, təqaüdçü Əkbərova Günəş Murtuza qızına evində kitabxana xidməti göstərib.

Qeyd edək ki, Günəş Murtuza qızı Əkbərova 29 iyun 1956-cı ildə Astara rayonunda dünyaya göz açmışdır. 1963-cü ildə Astara şəhər 3 saylı orta məktəbində təhsil almış, 1973-cü ildə məktəbi bitirdikdən sonra V.İ. Lenin adına Pedaqoji İnistitutunun ibtidai sinif müəllimi fakultəsinə daxil olmuş, 1977-ci ildə inistitutu bitirdikdən sonra Astara şəhər internat məktəbində ibtidai sinif müəlliməsi kimi fəaliyyət göstərmişdir. 1987-ci ildən 1991-ci ilə kimi Astara rayon təhsil idarəsində metodist vəzifəsində çalışmış, 1991-ci ildən isə Astara şəhər 5 saylı orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətini davam etdirmişdir. 2021-ci ildə 65 yaşında təqaüdə çıxmışdır. Hal-hazırda Astara rayonunda yaşayır.