Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ürəklərdə əbədiləşən nurlu xatirə

26.04.2024

Lerik Rayon Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunan “Zərifə xanım Əliyeva: ürəklərdə əbədiləşən nurlu xatirə” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada rayon İcra Hakimiyyətinin, Lerik Rayon Heydər Əliyev Mərkəzinin, Mərkəzi Kitabxananın əməkdaşları iştirak ediblər.

Tədbirdə akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü naminə canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra dəyərli ziyalının zəngin həyat və fəaliyyətini əks etdirən videoçarx izlənilib.

Çıxışlarda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, müzəffər Ali Baş Komandanımız İlham Əliyevi yetişdirən cəfakeş ana Zərifə Əliyeva şərəfli ömür yolu keçib, yüksək mənəvi keyfiyyətləri və çoxşaxəli nümunəvi fəaliyyətləri ilə xalqımıza misilsiz örnəklər miras qoyub. Zərifə xanım Əliyevanı xatırlayanda nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazının bariz nümunəsi gözümüzdə canlanır.

Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.