26.04.2024
Astara Tarix-Diyarşünaslıq Muzeyində “Milli dəyərlərimiz - Azərbaycanda misgərlik sənəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Astara rayon Ə.Əliyev adına Qapıcıməhəllə kənd ümumi orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə muzeyin kiçik elmi işçisi Rəna Əsgərova açaraq qeyd edib ki, Qədim xalq sənət növlərindən biri də Dəmir dövründən qalma miskərlikdir. Aparılan tətqiqatlar və həmin sənətin bu gün də sevilə-sevilə yaşadılması təsdiqləyir ki, Azərbaycanda misgərliyin yaradılması çox erkən dövürlərə təsadüf edir və ölkəmiz onun inkişaf edən mərkəzlərindən biri olub. O da məlimdur ki, bu ərazilərdə tapılan ilk mis metal işləmələrin tarixi Neolit dövrünə aiddir.
Sonra mövzu ilə bağlı muzeyin şöbə müdiri Vüsalə Xocaxanova məruzə edib.
Yekunda şagirdlərlə fikir mübadiləsi aparılıb.