Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şərqin ədəbi dühası Məhəmməd Füzuli

29.04.2024

Cəlilabad rayon Mərkəzi Kitabxanasında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi ilə əlaqədar “Şərqin ədəbi dühası Məhəmməd Füzuli” adlı ədəbi-bədii gecə təşkil olunub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Əruzşünas, dilçi, şair-qəzəlxan Cəbrayıl Həşimov, ADPU Cəlilabad filialının müəllimi, fəlsəfə doktoru, AYB-nin üzvü, Prezident təqaüdçüsü Bilal Alarlı

Qəzəlxan-şair, AYB-nin üzvü, Prezident təqaüdçüsü Gülbala Teymur, Fəlsəfə elmləri doktoru, ilahiyyatçı alim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü İlqar İsmayılzadə, Əməkdar Mədəniyyət İşçisi Cahangir Muradov, AYB-nin üzvü şair, publisist Qurban Əhməd, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə böyük mühasibi Elnur Atakişiyev, ADPU Cəlilabad filialının tələbələri, Cəlilabad rayon Mərkəzi Kitabxanasının əməkdaşları, Uşaq İncəsənət məktəbinin müəllim və şagirdləri,Rəşad Abdullayev adına şəhər 2 saylı tam orta məktəbin müəllimi Xədicə Salmanova və II sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Müşahidə Nərimanova bildirib ki, Məhəmməd Füzuli çoxcəhətli yaradıcılığında böyük bir üstünlüyü lirikaya vermişdir. Qeyd olunub ki, böyük sənətkar öz bədii yaradıcılığının əsas məqsədini və mənasını məhəbbətin qüdrətini, insanın gözəlliyini, onun eşq və həyat iztirablarını tərənnüm etməkdə görmüşdür.

Çıxışlarda dahi şairin həyat və yaradıcılığından geniş bəhs edilib.

Sonra Cəlilabad şəhər Uşaq İncəsənət məktəbinin müəllim və şagirdlərininin işirakı "Bayatı Əzəm" təsnifi və "Arazbarı"ifa edilib.

Tədbir Rəşad Abdullayev adına şəhər 2 saylı tam orta məktəbin II sinif şagirdlərinin təqdimatında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Meyvələrin söhbəti" şeir-kompozisiyası və ADPU Cəlilabad filialının tələbələrinin ifasındakı qəzəllərlə davam edib.