Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı tədbir keçirilib

29.04.2024

 Astara rayon Mərkəzi Kitabxanasında Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbirdə kitabxananın əməkdaşları iştirak edib.

Tədbiri kitabxananın direktor vəzifəsini icra edən Emil Baxşıyev açaraq bildirmişdir ki, Qədim Azərbaycan torpağı olan Naxçıvan yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan, eyni zamanda dünyanın da ən qədim mədəniyyət mərkəzlərindəndir. Azərbaycanın digər bölgələri kimi Qədim Şərq sivilizasiyaları ilə sıx bağlı olan Naxçıvan tarixi inkişafın gedişində dərin iz qoymuşdur. Bu diyarda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır.

Sonra mövzu ətrafında çıxışlarda Astara rayon Mərkəzi Kitabxanasının Komplekləşdirmə və Kitabişləmə şöbəsinin müdiri Növrəstə Məmmədova və Metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova çıxış ediblər.