Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yol hərkəti qaydalarını birlikdə öyrənək

30.04.2024

 Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində "Azərbaycan Respublikasında Yol hərəkəti təhlükəsizliyinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramına" əsasən "Yol hərəkəti qaydaların birlikdə öyrənək" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Astara şəhər M.Ə Sabir adına 1 saylı orta məktəbin müəllimi İqbal İsmayılzadə və VII sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova açıb.

Sonra Astara rayon Dövlət Yol Polis İdarəsinin rəis müavini polis kapitanı Müqəddəs Şahbazov, DYP-nın inspektoru polis serjantı Şamil Əzizov şagirdlərə məlumatlar verərək bildiriblər ki, tədbirin əsas məqsədi piyada və sərnişinlərin yol hərəkəti qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək ,piyadaları özlərinin və başqalarının təhlükəsizliyi məqsədi ilə daha məsuliyyətli olmağa çağırmaq,uşaq və yeniyetmələrə yol hərəkəti təhlükəsizliyi qaydaları barədə məlumat verməkdir.

Daha sonra mütəxəssislər tərəfindən yol hərkəti qaydaları haqqında izahlı məlumatlar verilib və maarifləndirici videoçarx nümayiş olunub.

Yekunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.