Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda şagirdlərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib

30.04.2024

Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar şəhər 1 saylı tam orta məktəb şagirdlərinin mərkəzə ekskursiyası təşkil edilib.

Ekskursiya zamanı şagirdlərə ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyətindən bəhs edilib.

Daha sonra şagirdlərə “Heydər Əliyev - dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda tarix dərsi keçirilib.

Yekunda Heydər Əliyevin ömür yoluna həsr olunmuş sənədli filmi nümayiş olunub.