Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə ”Sizi kim unudar...” kitabının təqdimatı keçirilib

19.04.2024

Lerik Rayon rayon Mədəniyyət Mərkəzində Əməkdar jurnalist İlqar Rüstəmovun şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi "Sizi kim unudar..." kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, yazıçılar, şairlər, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib.

İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov müəllif və kitab haqqında qısa məlumat verib.

Təqdimat mərasimində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək Zəfər tariximizi yazan igid əsgər və zabitlərimizin döyüş yoluna həsr olunmuş bu kitabın gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində önəmli rol oynayacağını bildirib.

Mərasimdə ziyalılardan Məzahir Ağayev, Arzuman Muradlı, Ehtiram Miriyev, Balaşirin Nəsirov, Gültəkin Şıxəliyeva, tanınmış şairlər Ağacəfər Həsənli, Xanlar Həmid, şəhid valideynləri Rəbbil Heydərov, Hüseynverdi Rəhmətov, Mükafat Yaqubov, ehtiyatda olan polkovniklər Əbülfət Həmidov, Ramin Əliyev və Aslan Hüseynov çıxışlarında "Sizi kim unudar..." kitabının məzmunu barədə, hərbi vətənpərvərlik sahəsində rolu haqqında danışıblar.

Sonda kitabın müəllifi, Əməkdar jurnalist İlqar Rüstəmov tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edərək kitablarını şəhid ailələrinə və oxuculara təqdim edib.