Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində yeniyetmə və gənclərin rəsm əsərlərindən ibarət sərgi təşkil olunub

21.04.2024

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və ZZ Art Center rəsm kursunun birgə təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində yeniyetmə və gənclərin rəsm əsərlərindən ibarət "Milli incilər" adlı sərgi keçirilib.

Tədbiri giriş sözü ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova açaraq gənc rəssamlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sərgi ilə yaxından tanış olan qonaqlar gənc istedadların maraqlı sənət nümunələrini yüksək qiymətləndiriblər.

Qeyd edəki, sərginin əsas məqsədi yeniyetmə və gənclərin ətrafımızdakı gözəlliklərə olan hisslərini tamaşaçıya çatdırmaqdır

Yekunda rəsm sərgisinin iştirakçılarına diplom və sertifikatlar təqdim olunub.