Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yaşa, yaşa ey şanlı Azərbaycan

24.04.2024

Masallı rayon Mərkəzi Kitabxanasının Öncəqala kənd filialının təşkilatçılığı ilə Ətrafil Məmmədov adına Öncəqala kənd tam orta məktəbində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə əlaqədar"Yaşa, yaşa ey şanlı Azərbaycan" başlığı altında tədbir keçirilib.

Kitabxana müdiri Fidan Məmmədova məruzəsində Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər görəstərmiş şəxsiyyətlərdən olduğunu bildirib. Həmçinin o, Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutmasından danışıb.