Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Arif Bağırov doğum günündə yad edilib

22.04.2024

 Yardımlı rayon Vərgədüz kəndində I Qarabağ müharibəsi şəhidi Arif Bağırovun 50-ci yaş günü münasibətilə anım günü tədbiri keçirilib.

Tədbirdə şəhidin qardaşları, şəhid ataları,adını daşıdığı məktəbin müəllim və şagird kollektivi,kənd əhalisi,həmçinin ərazi nümayəndəliyi və kitabxana və klub işçiləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhidin keçdiyi şərəfli həyat və döyüş yolu haqqında danışıblar.Sonda şəhidin məzarı önünə gül dəstələri qoyulub və ruhuna dualar oxunub.