Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Unudulmayan dahi” adlı tədbir keçirilib

23.04.2024

Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yardımlı bölməsinin birgə təşkilatçılığı və Yardımlı rayon Köryədi kənd ümumi orta məktəbinin şagirdlərinin iştirakı ilə mərkəzdə Ulu Öndər Heydər Əliyev irsinin təbliğinə dair növbəti "Unudulmayan dahi" adlı tədbir keçirilib.

Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin zəngin və əhatəli dövlətçilik siyasətindən, gənclərimizə göstərdiyi diqqət və qayğıdan, gənclərin təhsil almaları, tarixi köklərə bağlı olaraq yetişmələri üçün atdığı addımlardan, o cümlədən orduya göstərilən xüsusi önəmdən bəhs ediblər.

Şagirdlərin fikirləri dinlənildikdən və mərkəzdə mövcud olan, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlara baxış keçirildikdən sonra tədbirə yekun vurulub.