Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Naxçıvanın davamlı inkşafında Ulu Öndər Heydər Əliyevin böyük xidməti vardır

24.04.2024

Astara rayon Heydər Əliyev Mərkəzində Astara şəhər Z.Bünyadov adına 2, Ş.Qasımov adına 4 saylı tam orta məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə “Naxçıvanın davamlı inkşafında Ulu Öndər Heydər Əliyevin böyük xidməti vardır” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə “Naxçıvanın 100 illiyinə həsr olunmuş” film nümayiş edilib.

Tədbirdə mövzu ətrafında Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildirib ki, Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır.

Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu siyasəti və Naxçıvanın sosial-iqtisadi, mədəni-mənəvi inkişafı, müstəqilliyin ilk illərində Naxçıvanın erməni təcavüzündən qorunmasında Ulu öndərin tarixi xidmətləri, Prezident İlham Əliyevin dövlət siyasətində Naxçıvanın iqtisadi, elmi-mədəni, infrastruktur və hərbi potensialının gücləndirilməsi və inkişaf etdirilməsi strategiyasına uyğun geniş tədbirlər planının hazırlanması qərara alınıb.

Daha sonra şagirdlərinin mövzu ilə bağlı sualları cavablandırılıb.

Yekunda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin Elektron kitabxanasında saxlanılan kitablardan təşkil olunmuş sərgiyə baxmış keçiriblər.