Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

24.04.2024

Masallı Tarix- Diyarşünaslıq Muzeyində “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

Muzey və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə əməkdaşlığı ilə keçirilən tədbirdə təşkilatçı müəssisənin əməkdaşları , YAP-n fəal gəncləri iştirak edib.

Əvvəlcə Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva müasir Azərbaycan tarixində milli-mənəvi dəyərlərin qorunması və inkişafı prinsiplərinin banisi olan ulu öndər Heydər Əliyev haqqında danışıb.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət- ənənələrinin zənginləşdirilməsinə, eyni zamanda gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edərək bu yolda gördüyü işlərdən söhbət açıb.

Daha sonra YAP-ın fəal gənc üzvləri Masallı Dövlət Regional Kollecin əməkdaşı Humay Əliyeva , Masallı rayon Statistika İdarəsinin məsləhətçi Babək Abdullayev, Masallı şəhər 2 saylı orta məktəbin tarix müəllimi Elnora Babayeva mövzu ilə bağlı fikirlərini ifadə ediblər.