Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəfiqə Axundova - 100

24.04.2024

Masallı rayon Mərkəzi Kitabxanasının Ərkivan qəsəbə-2 kitabxana filialının təşkilatçılığı ilə Zahir Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı tam orta məktəbində, unudulmaz bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Filial müdiri Məmmədova Cəlalə məruzə ilə çıxış edərək bildirib ki,1924-cü ildə Şəkidə ziyalı ailəsində anadan olan Şəfiqə Axundova elə uşaqlıqdan musiqiyə maraq göstərib. Anasının böyük dəstəyi ilə musiqi təhsili alan Şəfiqə Axundova Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. Operaları, musiqiləri yalnız Azərbaycanda deyil, bütün dünyada ona şöhrət gətirib. O, həmçinin bəstəkarın sənət naminə çəkdiyi zəhməti Azərbaycan xalqı və höküməti tərəfindən ən yüksək fəxri adlara layiq görüldüyünü qeyd edib.