Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda 20 yanvar şəhidləri yad edildi

20.01.2019

        20 Yanvar faciəsinin 29 – cu ildönümü ilə əlaqədar Yardımlı rayon mədəniyyət müəssisələrində bir sıra tədbirlər keçirildi. Avaş kənd klubunda 20 Yancar faciəsi ilə əlaqədar sərgi və guşələr təşkil edilmişdir. Klubun müdiri T.Əliyeva həmin gün xalqımızın başına gələnləri məktəblilərə izah etmiş, sərgiylə tanışlıq olmuşdur.

         Növbəti tədbir rayon İcra Hakimiyyəti ilə birlikdə təşkil olunmuş ümumrayon tədbiri olmuşdur. Tədbirdə rayonun idarə - müəssisə işçiləri, ağsaqqallar, veteranlar, məktəblilər iştirak etmişlər. Çayüzü kənd klubunun dərnək üzvləri Şəhidlərə həsr olunmuş şeirlər səsləndirmiş, Ə.Əhmədoğlu faciənin törədilməsi barədə məlumat vermişdir.

         Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Matəm musiqilərinin sədaları ilə tədbir iştirakçıları şəhidlərimizi ziyarət edərək tər qərənfillər düzmüşlər.