Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlı rayon Heydər Əliyev Mərkəzində ”Gənclər arasında ailə dəyərlərinin təbliği, nümunəvi ailələrin gənclərlə görüşünün təşkili”mövzusunda tədbir keçirilib

18.04.2024

Aprelin 18-də Yardımlı RİH-nin və Yardımlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ”Gənclər arasında ailə dəyərlərinin təbliği nümunəvi ailələrin gənclərlə görüşünün təşkili” mövzusunda tədbir keçirilib.

Tədbirdə Yardımlı RİH başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Heydər Əliyev Mərkəzinin əməkdaşı Zeynəb Məmişzadə, Osnakəran, Hamarkənd və Anzov kənd tam orta məktəblərinin rəhbərləri və yuxarı sinif şagirdləri və nümunəvi ailə modeli olaraq Mehralı Mustafa və həyat yoldaşı Gözəl Tağıyeva iştirak ediblər.

Yardımlı RİH başçısının müavini - ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova çıxış edərək cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Ə.Məmmədova qeyd edib ki, Azərbaycan ailəsi, ilk növbədə, milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalı və bu ənənələr gələcək nəsillərə ötürülməlidir. Eyni zamanda, təhsil ocaqlarında da gənclərimizin xalqımızın mənəvi dəyərləri əsasında tərbiyə edilməsi məsələsi mühüm yer tutmalıdır.

Tədbirdə Mehralı Mustafa, Gözəl Tağıyeva, Zeynəb Məmişzadə, Malik Balaşov və Tofiq Teyubovun çıxışında müasir gənclərin üzləşdiyi ictimai problemlərdən, Azərbaycanda qadın hüquqlarından, onlara verilən dəyərdən, boşanmalar və səbəblərindən, ailə təməlinin düzgün qurulmasından həmçinin örnək ailə nümunələrindən bəhs ediblər.

Yekunda xatirə şəkilləri çəkdirilib.