Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqları zərərli informasiyalardan qoruyaq

19.04.2024

Aprelin 19-da Masallı Tarix- Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə ”Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” nın icrası ilə əlaqədar olaraq “Uşaqları zərərli informasiyalardan qoruyaq” mövzusunda tədbir keçirilib.

Muzeydə keçirilən maarifləndirici tədbirdə Təklə kənd tam orta məktəbin şagirdləri iştirak edib.

Muzeyin əməkdaşı Heyran Lələyeva ölkəmizdə uşaqların, yeniyetmələrin zərərli informasiya və vərdişlərdən müdafiə sisteminin gücləndirilməsi yolları, qaydaları haqqında məlumat verib.

Yekunda şagirdlərin muzey və qalereyaya ekskursiyası təşkil olunub.