Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir

19.04.2024

Aprelin 19-da Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Masallı Dövlət Regional Kollecin tələbələri üçün “Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda mühazirə oxunub.

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Heydər Əliyev Mərkəzinin əməkdaşı Şəfa Xəlilova müasir Azərbaycanın memarı Heydər Əliyevin ölkəmizin müstəqilliyi və tərəqqisi naminə həyata keçirdiyi uzaqgörən siyasətindən bəhs edib. Mühazirə çərçivəsində qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gələn dahi lider Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olma təhlükəsindən və vətəndaş müharibəsindən xilas edib.

Daha sonra Ş.Xəlilova Ümummilli Liderin təhsilə, uşaqların və gənclərin hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.

Mühazirə kollecin tələbələri tərəfindən böyük maraqla qarşılanıb. Tələbələr faydalı və maraqlı mühazirəyə görə Masallı rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.