Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Tarixi abidələrimizə qarşı erməni vandalizmi” mövzusunda mühazirə oxunub

22.04.2024

Aprelin 19-da Masallı rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Şəfa Xəlilova gənclər üçün “Tarixi abidələrimizə qarşı erməni vandalizmi” mövzusunda mühazirə oxuyub.

Mühazirə “18 Aprel-Tarixi abidələrin mühafizəsi Günü” ilə əlaqədar Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Bələdçi Şəfa Xəlilova tarixi, mədəni, memarlıq abidələrinin və müqəddəs dini inanc yerlərimiz  olan məscidlər, türbələr, qəbiristanlıqlar, dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarası və digər nadir maddi və mənəvi mədəniyyət nümunələrinin erməni vandalizminin qurbanına çevrildiyi barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilib. Ş. Xəlilova şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşünün doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizin də erməni vandallarından xilas edildiyini diqqətə çatdırıb.