Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məmməd Füzuli 530

22.04.2024

 Astara rayon Mərkəzi Kitabxanasında dahi Azərbaycan şairi Məmməd Füzulinin 530 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbirdə M.Ə.Sabir adına şəhər 1, Ziya Bünyadov adına 2 saylı tam orta məktəblərin şagird və müəllimləri iştirak edib.

Tədbiri giriş sözü ilə kitabxanaın direktoru vəzifəsini müvəqqəti icra edən Emil Baxşıyev açaraq bildirib ki, Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olmuşdur. O, Nəsimidən sonra ana dilimizdə Azərbaycan şeirinin ən gözəl nümunələrini yaratmışdı. Füzuli əsərlərini üç dildə - Azərbaycan, ərəb və fars dillərində qələmə almışdır. İri həcmli əsərləri, çoxlu qəzəlləri söz sənətinin ölməz abidələridir. O, doğma ədəbiyyatımızı vətəndən çox-çox uzaqlarda şöhrətləndirdi. Əsərləri hələ o zamanlar İstanbul, Təbriz, Daşkənd və s. kimi böyük şəhərlərdə dəfələrlə çap edilirdi.

Sonra M.Ə.Sabir adına şəgər 1 saylı tam orta məktəbin Ədəbiyyat müəllimi Gülayə Babazadə məruzə ilə çıxış edib.

Daha sonra kitabxananın əməkdaşı Yaqut Nəzərova çıxış edərək Məmməd Füzulinin Leyli və Məcnun poeması barədə şagirdlərə ətraflı məlumat verib.

Yekunda məktəblilərin ifasında Məmməd Füzulinin qəzəllərindən parçalar səsləndirilib.