Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalq qəhrəmanı Qaçaq Nəbi-170

17.04.2024

 Masallı rayon Mərkəzi Kitabxanasında xalq qəhrəmanı Qaçaq Nəbinin anadan olmasının 170 illiyi ilə əlaqədar “ Xalq qəhrəmanı Qaçaq Nəbi-170” adlı tədbir keçirilib.

Tədbir başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, XIX əsrdə Azərbaycanda məşhur olan kəndli hərəkatına başçılıq etmiş Nəbi Alı oğlu 1954-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində, indıki Qubadlı rayonunda anadan olmuşdur. Kəndlilərin torpaqlarını tutmaq istəyən mülkədarlara müqavimət göstərdikdən sonra təqribən 1875-ci illərdə qaçaq düşmüşdür.

Sonra kitabxananın əməkdaşı Aidə Quliyeva vurğulayıb ki, Qaçaq Nəbi yoxsul kəndlilərin,sadə zəhmətkeş insanların mənafeyini müdafiə edir,hökmdarların, qaniçən varlıların sərvətini, torpaqlarını alıb yoxsullara paylayırdı.Xalq qəhrəmanı çar hökümətinin təqiblərindən yayınaraq ömrünün 20-22 ilini haqsızlığa qarşı mübarizəyə həsr etmişdir. Qeyd olunub ki, Xalq Qaçaq Nəbinin qəhrəmanlığını unutmamış, barəsində dastanlar, mahnılar və şeirlər qoşulmuşdur. Zəngəzur qəzasının qazısı, tarixçi, folklorşünas Bəhlul Behçət “Qaçaq Nəbinin tarixi” adlı kitab, Süleyman Rüstəm “Qaçaq Nəbi” pyesini yazıb, onun haqqında “Qanlı zəmi”, “Atları yəhərləyin” filmləri çəkilmişdir.