Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarixin daş səhifələri

17.04.2024

Masallı Dövlət Rəsm Qalereyası, Tarix- Diyarşünaslıq Muzeyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Salyan Regional İdarəsinin Masallı rayon şöbəsinin birgə təşkilatçılığı ilə "18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" ilə əlaqədar “Tarixin daş səhifələri” mövzusunda təbdir keçirilib.

Muzeydə keçirilən tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları , Masallı Dövlət Regional Kollecinin tələbələri və gənclər iştirak edib.

İlk öncə vətənin bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə ilk çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva 18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün yaranması, milli-mənəvi sərvətimiz sayılan ölkə və region əhəmiyyətli tarixi abidələrimiz haqqında geniş məlumat verib.

Sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Salyan Regional İdarəsinin Masallı rayon şöbəsinin baş mütəxəssis abidə mühafizəçisi Samir Mirzəyev abidələrin, tarixi yerlərin zahirən dilsiz olsa da, mövcud durumu ilə bizə çox şey söylədiyini, abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi demək olduğunu söyləyib.

Daha sonra çıxış edən Masallı Dövlət Rəsm Qalereyasının direktor əvəzi Təhmasib Məcidov, muzeyin elmi işçisi Dilgüşə Məmmədova, tələbə Türkan Ağayeva bu gün dünyada baş vermiş müharibələr nəticəsində minlərlə abidələrin məhv olmaq təhlükəsi ilə üz-üzə qalması, tarixi abidələrin qorunması , gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkə daxilində həmçinin xaricində də həyata keçirdikləri böyük işlərin hər kəs üçün örnək və bir meyar olmasını xüsusi vurğulayıblar.

Tədbir iştirakçıları yekunda "Qəhrəmanlar Parkı" ziyarətindən sonra XIX əsrə aid olan Masallı rayon “Cümə məscidi” və “Hamam” memarlıq abidəsinə ekskursiya ediblər.