Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanın tarixi abidələri və memarlıq inciləri

17.04.2024

 Astara Tarix-Diyarşünaslıq Muzeyində 18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" ilə əlaqədar “Azərbaycanın tarixi abidələri və memarlıq inciləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə Lənkaran-Astara Regional Mədəniyyət İdarəsnin baş məsləhətçisi, Mədəniyyət Nazirliyinin yanında Milli İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Astara rayonu üzrə baş mütəxəssisləri, Astara rayon Heydər Əliyev Mərkəzinin, Mərkəzi Kitabxananın, Dövlət Rəsm Qaleriyasının əməkdaşları, A.İbrahimov adına Şüvi kənd orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Lənkaran-Astara Regional Mədəniyyət İdarəsnin baş məsləhətçisi Şadoğlan Bayramov açaraq qeyd edib ki, insanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizə çox şey söyləyir. Abidələri və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Abidələrimizin və tarixi yerlərimizin məhv olmaq təhlükəsi ölkəmizin bəzi bölgələrindən də yan ötməyib. İşğaldan azad edilmiş torpaqlarımızda Ermənistan hərbi birləşmələri tərəfindən milli mədəniyyət abidələrimiz qəddarcasına dağıdılıb.

Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanı ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.

Sonra mövzu ilə bağlı muzeyin kiçik-elmi işçisi Çiçək Axundova məruzə edib.

Daha sonra məruzə ətrafında Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, kitabxananın direktor vəzifəsini icra edən Emil Baxşıyev, Astara Tarix-Diyarşünaslıq Muzeyin direktor vəzifəsini icra edən Şahin Əliyev və Milli İrsin Qorunması, İnkişafı, və Bərpası üzrə Dövlət Xidmətinin Səliyan Regional İdarəsinin Astara rayonu üzrə baş mütəxəssisi Nadirə Dadaşova və başqaları çıxışlar ediblər.

Sonra Milli İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Astara rayonu üzrə baş mütəxəssisləri “Təşəkkürnamə” lərlə təltif olunublar.

Yekunda tədbir iştirakçıları Astara Dövlət Rəsm Qaleriyasının təşkil etdiyi gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.