Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir

18.04.2024

 Lerik Rayon Heydər Əliyev Mərkəzinin və Leytenant Arif Nuriyev adına Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin birgə təşkilatçılığı ilə "18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" nə həsr olunmuş "Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir" mövzusunda maarifləndirici tədbir keçirilib.

Liseydə keçirilən tədbirdə yuxarı sinif şagirdləri iştirak edib.

Mərkəzin kiçik elmi işçisi Bahar Mürsəliyeva şagirdlərə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün tarixi, Azərbaycan mədəniyyətinin göstəricisi olan tarixi yerlər haqqında məlumat verərək, ümummilli lider Heydər Əliyevin ölkəmizin tarixinin öyrənilməsi, tədqiq edilməsi, mədəni irsimizin qorunub saxlanması istiqamətində gördüyü işlərdən bəhs edib.

Daha sonra şagirdlər Lerikin tarixi abidələri haqqında məlumatlarla tanış olublar.