Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallının tarixi abidələri

17.04.2024

Masallı Tarix -Diyarşünaslıq Muzeyində “18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar tarix dərsi keçirilib.

“Masallının tarixi abidələri” mövzusunda keçirilən tarix dərsində S.Rzayev adına Böyük Kolatan kənd tam orta məktəbinin şagirdləri iştirak edib.

Muzeyin elmi işçisi Dilgüşə Məmmədova bölgənin tunc, dəmir, antik və orta əsrlər dövrünə aid kurqan, nekropol, pir, ocaq, qala, məscid, daş və memarlıq abidələri haqqında şagirdlərə məlumat verib.

Dərsdə son dövrlərdə rayon ərazisində aşkarlanan abidələrdən çıxarılan həmçinin muzey fondunda qorunan eksponatlardan nümunələr göstərilib, eləcə də regionda tarixi əhəmiyyətli abidələrin araşdırılıb tədqiq edilməsi, mühafizə və qorunması proseduraları haqqında geniş izah verilib.

Yekunda şagirdlər muzeyə ekskursiya ediblər.