Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abidələrimizi qoruyaq

18.04.2024

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində "18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" ilə əlaqədar "Abidələrimizi qoruyaq" mövzusunda tədbir keçirilib.

Tədirdə Astara şəhər M.Ə.Sabir adına 1 saylı orta məktəbin müəllimi İqbal Talverdiyev VII sinif şagirdləri iştirak ediblər.

Tədbiri Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova ümummilli lider Heydər Əliyevin sözləri ilə açaraq bildirib ki, biz öz milli mənəvi dəyərlərimizlə,dini dəyərlərimizlə,adət ənənələrimizlə fəxr etməliyik.Əgər hansısa dağ kəndində tarixi abidə varsa,ona sadəcə qədim tikili kimi yox,milli sərvət kimi yanaşmalıyıq.

Bu gün YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələsi üzrə Beynəlxalq Şuranın 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd edilir.Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.

Sonra Astara rayonunun ərazisində yeləşən,tarixi abidə olan "Şindan qalası"və"Kərbəlayi Həmid Abdulla hamamı" haqqında şagirdlərə məlumat verilib.

Daha sonra Uşaq şöbəsinin əməkdaşı Aysel Əhmədova mövzu ilə əlaqədar fikirlərini ifadə edib.

Yekunda şagirdlərin sualları cavablandırılıb.