Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iməclik keçirilib

18.04.2024

Aprelin 18-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və Mədəniyyət Mərkəzinin əməkdaşlarının iştirakı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində iməclik keçirilib.

İməclikdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinjn Cəlilabad rayonu üzrə böyük mühasibi Elnur Atakişikiyev də iştirak edib.

İməclikdə Heydər Əliyev Mərkəzinin həyətyanı sahəsi təmizlənib, ağaclara aqrotexniki qulluq göstərilib, yeni agac və gül kolları əkilib.