Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abbas Səhhət -150

18.04.2024

Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair Abbas Səhhətin həyat və yaradıcılığına həsr olunmuş “Abbas Səhhət -150” adlı tədbir keçirilib.

Tədbir başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Rasif Dadaşov unudulmaz şair Abbas Səhhətin 1974-cü ildə Şamaxıda ruhani ailəsində anadan olduğunu, 1900-ci ildə Tehran Universitetinin Tibb fakültəsini bitirdiyini bildirib. O, vurğulayıb ki, rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən Abbas Səhhət həkimlik etməklə yanaşı, məktəblərdə Azərbaycan dilindən dərs deyib.

Sonra kitabxananın digər əməkdaşı Həbibə Hüseynova məruzəsində 1903-cü ildən məqalələri “Şərqi-Rus” qəzetində çap olunan Abbas Səhhətin 1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsinin, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirlərinin işıq üzü gördüyünü diqqətə çatdırıb. Qeyd olunub ki, Bakıda nəşr olunan bir çox jurnal və nəşrlərdə mütəmadi çıxışlar edən Abbas Səhhət tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. O, Lermontov, Puşkin, Kırlov, Maksim Qorki, Viktor Hüqo və digər şair və yazıçıların əsərlərini Azərbaycan dilinə tərcümə edib. Abbas Səhhətin yaradıcılığında Nizami, Hafiz, Sədi kimi böyük şairlərin təsiri duyulur.