Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada “Ulu Öndər Heydər Əliyev Azərbaycanda tarixi abidələrin qorunmasına xüsusi önəm verib“ mövzusunda tədbir keçirilib

18.04.2024

 Astara rayon Heydər Əliyev Mərkəzində Astara rayon Burzubənd kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə 18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyev Azərbaycanda tarixi abidələrin qorunmasına xüsusi önəm verib“ mövzusunda tədbir keçirilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə ”18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər günü” mövzusunda film nümayiş olunub.

Tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildiriv ki, dahi rəhbər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin ideoloji bazasının əsas sütunlarından birini məhz tarixi abidələrimiz təşkil edir desək yanılmarıq. Ona görə də müasir dövrdə Azərbaycanın hərtərəfli inkişafı fonunda tarixi abidələrin qorunması qarşıda duran mühüm vəzifələrdəndir. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsinə çatıb.

Arxeoloq alimlərimizin apardıqları tədqiqatlar nəticəsində Azərbaycanın dünyada ən qədim insan məskənlərindən və sivilizasiya mərkəzlərindən biri olması elmi əsaslarla sübuta yetirilib. Həmin dövrdə respublikamızın bütün bölgələrində arxeoloji ekspedisiyalar fəaliyyət göstərib, xalqımızın maddi-mədəni irsinə dair yüz minlərlə qədim nümunələr - arxeoloji materiallar toplanıb. Böyük şəhərlərlə yanaşı, Azərbaycanın demək olar ki, bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri yaradılıb, qədim və yaxın tariximizin ən nəfis nümunələri həmin muzeylərə toplanıb və qorunub.

Sonra mövzu ətrafında Astara rayon Burzubənd kənd tam orta məktəbinin müəllimi Səxavət Abbasov cıxış edib.

Yekunda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin elektron kitabxanasında saxlanılan kitablardan təşkil olunmuş sərgiyə baxmış keçirilib.